img_1453

“İstək” liseylərində tətbiq olunan abituriyent proqramları şagirdlərin yüksək nəticələrlə ali məktəblərə qəbul olunmasına imkan yaradır. Ali məktəblərə qəbulda nailiyyətlərimizin səbəblərindən biri liseyin peşəkar pedaqoji təcrübəyə əsaslanan təhsil ənənələri, təcrübəli, tələbkar, eyni zamanda qayğıkeş və şagirdlərlə hərtərəfli münasibət qurmağı bacaran müəllim heyətinin çalışmasıdır. Abituriyent proqramlarımız düzgün ixtisasseçimi, xüsusi tədris proqramı, sınaq imtahanları, əlavə məşğələlər və motivasiya ilə şagirdlərimizin yüksək nəticələrlə tələbə adını qazanmasına şərait yaradır.

IX sinfin sonunda şagirdlərimizə  ali məktəblər və hazırlıq prosesi haqqında məlumatlandırıcı seminarlar verilir və profil qrupun müəyyən edilməsində istiqamətləndirici psixoloji diaqnostika həyata keçirilir. Diaqnostik testlər və şagirdin fənlər üzrə müvəffəqiyyətini təhlil etdikdən sonra “valideyn-şagird-lisey” müzakirəsi aparılır və peşə profilinin seçilməsi üzrə yekun qərar qəbul edilir.

X və XI siniflərdə ali təhsilini Azərbaycanda davam etdirmək istəyən şagirdlərimiz Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəz (ARDİM) ixtisas qruplarına uyğun olaraq  təmayül siniflərdə  qruplaşdırılır  və tədris ARDİM-in qəbul proqramına  müvafiq hazırlanmış illik plan əsasında aparılır. Qruplar üzrə dərslər bölmələrə müvafiq olaraq Azərbaycan və rus dillərində tədris olunur. Tədris zamanı siniflərdəki “elektron lövhələr”in üstünlüklərindən də intensiv şəkildə  istifadə edilərək  mövzularla bağlı əvvəlki illərin sınaq və qəbul imtahanı sualları, eləcə də digər materiallar şagirdlərə çatdırılır.Tədris proqramına müvafiq olaraq profil qrupu xaricindəki qeyri – ixtisas fənlərinə də liseydə xüsusi yer ayrılır ki, bu da mövzuların hərtərəfli tədrisini təmin edir. X sinifdə şagirdlərimizə lisey tərəfindən ali təhsil müəssisələrinə hazırlıq kitabları ödənişsiz olaraq təqdim edilir.

Tədris olunan aylıq proqrama əsasən hər ayın sonunda liseylərimizin şagirdləri  arasında hazırlıq kurslarının təşkil etdiyi sınaq imtahanları keçirilir. Ümumiyyətlə X  və XI sinifdəki  hazırlıq müddətində şagirdlərimizin biliyi hər ay sınaq imtahanı ilə yoxlanılır və nəticələr qiymətləndirilərək təhlil edilir.

Zərurət yarandıqda dərslərdən sonra və həftə sonlarında əlavə məşğələlər keçirilir.Tədris ili bitdikdən sonra XI sinif şagirlərimizin tədris prosesi “yay məktəbi” proqramı ilə qəbul imtahanlarına qədər davam etdirilir.

Mütəmadi olaraq ARDİM seminarlarındakı yeniliklər və dəyişikliklər haqqında şagirdlərimiz məlumatlandırılır. Universitetlərlə tanışlıq məqsədilə gəzintilər və universitet nümayəndələri,məzunları və tələbələri ilə görüşlər keçirilir. ARDİM-nin imtahanında respublika üzrə yüksək nəticə əldə edən şagirdlərimiz liseyimiz tərəfindən müxtəlif mükafatlarla təltif edilirlər.

TƏHSİL SƏVİYYƏLƏRİ
  • İbtidai təhsil
  • Ümumi orta təhsil
  • Tam orta təhsil
NAİLİYYƏTLƏR
Ali məktəblərə qəbul nəticəsi - 99%
Xarici universitetlərə qəbul olanlar - 68%
Respublika olimpiadaları - 84 medal
Beynəlxalq olimpiadalar - 79 medal
BİZƏ YAZ

Mesaj göndərclear