agdash
Lisey haqqında

İSTƏK liseyinin Ağdaş rayonunda yerləşən kampusu təhsil səviyyəsi və şəraiti ilə rayonda, eləcə də ətraf ərazilərdə müasir məktəb təsəvvürünü formalaşdırmışdır. Bölgənin milli mənəvi dəyərləri, adət-ənənələri ilə zənginləşən tədris və tərbiyə prosesi şagirdlərin ali təhsil müəssisələrinə qəbul imtahanı və olimpiadalarda yüksək nəticələr əldə etməsi və hərtərəfli inkişafına imkan yaradır. Müasir maddi-texniki baza və geniş həyətyanı sahəyə malik lisey müasir sinif otaqları, kompyuter, təbiət elmləri laboratoriyaları, idman meydançaları, yataqxana, kitabxana, beynəlxalq tələblərə cavab verən avadanlıq və dərs ləvazimatları ilə təchiz olumuşdur. Liseyin sinifləri hər birində 20 nəfər olmaqla oğlan şagirdlərdən ibarətdir. Hər il yüzlərlə şagirdə qapılarını açan Ağdaş İSTƏK liseyi onların milli dəyərlərə sadiq, yüksək təhsilli, dövrün tələblərinə uyğun bilik və bacarıqlara sahib şəxsiyyət kimi yetişməsi üçün əlverişli zəmin yaradır.

Liseyin sahib olduğu əsas xüsusiyyətlər

Abituriyent proqramı

Ali məktəblərə yüksək nəticələr ilə qəbul üçün xüsusi hazırlıq proqramı

Olimpiada proqramları

Azərbaycan və xaricdə keçirilən fənn, layihə olimpiadalarında iştirak imkanı

Elm laboratoriyaları

Fizika, kimya, biologiya fən mövzularının araşdırılması üçün laboratoriya

Elektron məktəb sistemi

Mobil telefon, planşet və kompyuter ilə şagirdin nəticələrini izləmə imkanı

Dövlət təhsil standartları

Təhsil Nazirliyinin tələb və standartlarını ehtiva edən tədris prosesi

İdman meydançası

Məşqlər, yarışlar, spartakiadalar üçün açıq və ya qapalı idman meydançası

Kompyuter laboratoriyası

Kompyuterin proqramlarını dərindən mənimsəməyə imkan yaradan laboratoriya

Klub və dərnəklər

Şagirdlərin hərtərəfli inkişafına imkan yaradan sosial fəallıq proqramları

Həyətyanı sahə

Şagirdin təhlükəsiz mühitdə istirahət edəcəyi, oynayacağı geniş qapalı sahə

Gündəlik qidalanma

Şagirdin gündəlik qida normasına uyğun 3 dəfəyə qədər sağlam qidalanma

Tibb xidməti

Şagirdin tibbi yoxlanışı və yarana biləcək xəstəliklərin qarşısının alınması

Yataqxana şəraiti

Şagirdin gecələməsi, dərslərə hazırlaşması üçün işıqlı və səliqəli otaqlar

AĞDAŞ İSTƏK LİSEYİ

Heydər Əliyev pr. 100, 6

Tel.: (+994 20) 235 50 65

Mob.: (+994 55) 455 92 10