“İstək” liseyində tədris prosesi milli və beynəlxalq kurikulumun inteqrasiyası əsasında həyata keçirilir. Liseyin tətbiq etdiyi beynəlxalq proqramlar dünyanın ən yaxşı təcrübələrinə əsaslanır.

Beynəlxalq Bakalavriat Diplom Proqramı

Beynəlxalq Bakalavriat Diplom Proqramını tətbiq edən məktəblər (IB DP) “IB World School” statusuna malik olur. Bu status məktəbin dünyanın hər yerindən şagirdlərin tədris ala biləcəyi beynəlxalq keyfiyyətə malik olduğunun göstəricisidir. IB proqramı ilə dərslər tamamilə xarici dildə tədris olunduğu üçün şagirdlər ingilis dilini daha dərindən mənimsəyir. IB proqramı tədqiqatyönümlüdür və proqramın tədris metodologiyası dünyanın ən yaxşı təhsil təcrübələrinə əsaslanır. Bu proqramın tədrisi yalnız beynəlxalq təcrübə və sertifikata malik müəllimlər tərəfindən aparılır. Şagirdlərin akademik göstəriciləri beynəlxalq standartlara uyğun qiymətləndirilir və bütün dünyada tanınır. Proqram xarici universitetlərə müsabiqəsiz qəbul üçün ən optimal vasitə hesab olunur. Proqram bəşəri dəyərlərə açıq, yaradıcı və sağlam təfəkkürə malik şagirdlərin yetişdirilməsinə imkan yaradır. Şagirdlərdə komanda ruhu, liderlik və idarəetmə kimi bacarıq və dəyərlərin üzə çıxmasına şərait yaradır.

Kembric Beynəlxalq Məktəbi

Kembric Universiteti tərəfindən tərtib olunmuş beynəlxalq kurikulumu tətbiq etmək hüququ əldə edən mətəblər “Kembric Beynəlxalq Məktəbi” (Cambridge International School) statusunu daşıyır. Bu beynəlxalq kurikulum modeli şagirdlərə fənləri Kembric Universitetinin standartlarına uyğun öyrənərək beynəlxalq sertifikat əldə etmək imkanı verir. Şagirdlərin bu fənlər üzrə sertifikatları ABŞ, Kanada, Rusiya, Fransa, İngiltərə, Türkiyə ilə yanaşı dünyanın 160 ölkəsində tanınır.

“Kembric beynəlxalq məktəb”ləri 4 səviyyə (“Cambridge Primary”, “Cambridge Secondary”, “Cambdridge Secondary 2”, “Cambridge Advanced”) üzrə ibtidai, orta və yuxarı sinif şagirdlərinin beynəlxalq dərəcəli hazırlığı və sertfikatlaşdırılmasını təmin edir. Hazırda “Kembric məktəbi”nin imkanlarından liseyin ümumi orta və ibtidai təhsil səviyyələrində oxuyan şagirdlərfaydalanır.

Kembric universitetinin ingilis dili mərkəzi

İSTƏK liseyi rəsmi olraq Kembric Universitetinin ingilis dili hazırlığı və test mərkəzidir (Cambridge English Language Authorised Centre). Mərkəz liseyin beynəlxalq statuslu kampusunda yerləşsə də bu mərkəzdən liseyin bütün şagirdləri faydlana bilir. Kembric Universitetinin rəsmi ingilis dili hazırlığı və test mərkəzi olması şagirdlərə ölkəni tərk etmədən ingilis dilini dərindən öyrənmək və imtahan verərək sertifikat əldə etmək imkanı verir. Kembricin xüsusi hazırlıq prosesi və tədris vəsaitləri əsasınd imtahana hazırlaşan şagirdlərin əldə etdiyi nəticələr dünyanın bütün inkişaf etmiş ölkələrində tanınır və qəbul olunur.

Təkmilləşdirilmiş yerləşdirilmə proqramı

Təkmilləşdirilmiş yerləşdirmə (Advanced Placement) proqramı xarici ali təhsil müəssisələrinə qəbul zamanı liseyin şagirdlərinə bir çox üstünlüklər yaradır. Bu proqram vasitəsi ilə şagirdlər 10-11-ci siniflərdə təhsil alarkən qəbul olunmaq istədikləri ali təhsil müəssisələrində birinci və ikinci kursda keçəcəkləri fənləri öyrənirlər. Fənləri öyrəndikdən sonra imtahan verən şagirdlər əldə etdikləri nəticələrlə təhsil alacaqları ali məktəblərə müraciət edirlər. Nəticələr yüksək olduğu zaman onlar təhsil aldıqları ali təhsil müəssisəsinin kreditlərindən azad olurlar.

SAT imtahanı mərkəzi

SAT (Scholastic Assessment Test) mənasını daşıyan beynəxalq qiymətləndirmə imtahanıdır. SAT imtahanları şagirdlərin ali məktəblərə qəbul üçün hazırlıq səviyyələrini müəyyən edir. Əsasən ABŞ və Kanada Universitetlərinə qəbul zaman əsas götürülən SAT qiymətləri şagirdin qrammatika, mətn analizi və riyaziyyat üzrə imtahan zamanı qazandıqları nəticələr vasitəsi ilə müəyyən edilir. Artıq Azərbaycanda da bir sıra Universitetlər tələbılərin qəbulu zamanı SAT nəticələrini əsas götürməyə keçir. SAT imtahanları 3 saat 45 dəqiqə müddətini əhatə edir. İSTƏK liseyinin beynəlxalq kampusu SAT imtahanı üzrə test mərkəzidir. Bu isə liseydə təhsil alan şagirdlərin liseyi tərk etmədən SAT üzrə imtahanlar verərək öz nəticələrini toplamasına imkan verir, ixtisaslaşmış SAT müəllimləri isə şagirdlərin imtahan zamanı çətinlik çəkdiyi mövzuları yenidən tədris edir.

1
beyn
3
2