Birinci vitse-prezident Mehriban Əliyeva gənc ixtiraçılar Reyhan Camalova və Zəhra Qasımzadə ilə görüşüb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva İSTƏK liseyinin IX sinif şagirdləri, gənc azərbaycanlı ixtiraçılar – dünyada şöhrət qazanmış Reynerci (Rainergy) startapının təsisçiləri Reyhan Camalova və Zəhra Qasımzadə ilə görüşüb.