Lənkəran İSTƏK liseyi 2017-ci il məzunları ilə vidalaşıb

2016-2017-ci tədris ilinin başa çatması münasibətilə İSTƏK liseyinin bütün kampuslarında məzunlara həsr olunmuş silsilə tədbirlər keçirilir. Lənkəran İSTƏK liseyinin müəllim və valideynləri də 2016-2017-ci il məzunlarını xoş arzularla yola salıblar. Lənkəran İSTƏK liseyi məzunları üçün Lənkəran şəhər mədəniyyət mərkəzində təşkil olunan “Məzun Günü” tədbiri təntənəli şəkildə qeyd olunub. “Məzun Günü” məzunlar, valideynlər, müəllimlər və tədbirə…

Məktəblilərarası I Robot Olimpiadası keçirilib

2-3 iyun 2017-ci il tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyi, İSTƏK liseyi, Microsoft Azərbaycan şirkəti, Bakı Mühəndislik Universiteti, STEP Kompüter Akademiyası, Edumedia-Azərbaycan, Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası (AREA) və Edutainment şirkətinin birgə təşkilatçılığı ilə Məktəblilərarası I Robot Olimpiadası keçirilib.

Məktəblilərarası I Robot Olimpiadası keçiriləcək

2-3 iyun 2017-ci il tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyi, İSTƏK liseyi, Microsoft Azərbaycan şirkəti, Bakı Mühəndislər Universiteti, STEP Kompüter Akademiyası, Edumedia-Azərbaycan, Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası (AREA) və Edutainment şirkətinin birgə təşkilatçılığı ilə Məktəblilərarası I Robot Olimpiadası keçiriləcək.

“III İSTƏK oyunları” çərçivəsində futbol turnirinin qalibləri mükafatlandırılıb

İSTƏK liseylərində “28 May – Respublika Günü”nə həsr olunmuş ənənəvi futbol turniri keçirilib. Çempionatda İSTƏK Beynəlxalq Məktəbi, Xalqlar Dostluğu, Sumqayıt, Şirvan, Quba, Lənkəran, Ağdaş, Mingəçevir və Gəncə İSTƏK liseylərinin komandaları iştirak edib.