Məktəblilər arasında intellektual yarış başa çatdı

Gənclər üçün Təhsil Mərkəzinin, Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin və Gənclər Evinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Mingəçevir şəhərində məktəblilər arasında bir neçə gün bundan öncə başlayan intellektual yarışın final mərhələsi keçirilmişdir. Komandalar arasında keçirilən qızğın yarışmanın nəticəsində Mingəçevir şəhərində fəaliyyət göstərən “İstək” liseyinin şagirdləri…

“İstək” liseyi Kəpəz TV-nin “Bu səhər” verilişində

“İstək” liseyinin direktoru Anar Məmmədov Kəpəz Tv-nin “Bu səhər” verilişinin qonağı olub.

O, təhsil müəssisəsi seçimi ilə bağlı valideynləri düşündürən sualları cavablandırıb, Gəncə “İstək” liseyinə qəbul şərtləri haqqında məlumat verib.

“İstək” liseyində “8 Mart – Beynəlxalq Qadınlar Gününə” həsr olunmuş silsilə tədbirlər keçirilib.

“İstək” liseyinin Bakı, Şirvan, Quba, Lənkəran, Ağdaş, Mingəçevir və Gəncə şəhərlərində yerləşən kampuslarında təhsil alan şagirdlərin valideynləri və burada çalışan xanımlar üçün “8 Mart – Benəlxalq Qadınlar Günü” münasibəti ilə silsilə tədbirlər təşkil olunub. Tədbirlər zamanı liseyin xanım əməkdaşları və xanım valideynlər maraqlı səhnəciklər və ifalarla təbrik olunub. Tədbirlərin əsasında cəmiyyətdə və ailədə  zəriflik və…

Sumqayıt “İstək” liseyinə də qəbul üçün qeydiyyat başlandı.

Azərbaycanın milli təhsil brendi olan “İstək” liseyinin Sumqayıt şəhərində yerləşən yeni kampusuna da qəbul üçün qeydiyyat başlanıb. Qeydiyyat, Sentyabr ayından fəaliyyətə başlayacaq Sumqayıt “İstək” liseyinin V-IX sinifləri üzrə aparılır. Sumqayıt şəhərinin mərkəzində yerləşən liseydə Sumqayıt şəhəri ilə yanaşı, Bakı və bölgələrdən olan şagirdlər də təhsil ala biləcək. Liseyə qəbul imtahan vasitəsi ilə həyata keçiriləcək. Qəbul…

“İstək” liseyində 21 Fevral – Beynəlxalq Ana Dili Gününə həsr olunmuş müsabiqə başa çatıb

“İstək” liseyində 21 fevral – Beynəlxalq Ana Dili Günü münasibəti ilə təşkil olunmuş müsabiqənin bağlanış və mükafatlandırma mərasimi keçirilib. Gənclik “İstək” liseyinin ev sahibliyi etdiyi tədbirdə liseyin müəllim, şagird, valideyn heyəti, eləcə də müxtəlif sahələri təmsil edən mütəxəssislər iştirak ediblər. Tədbir zamanı bir neçə ay müddətində həyata keçirilən, liseyin Bakı (Nərimanov, Gənclik və Xalqlar Dostluğu),…