İSTƏK liseyi “Dünya Robototexnika Olimpiadası-2017”də iştirak etmək hüququ qazanıb

Gənclər və İdman Nazirliyinin dəstəyi, “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyinin və Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının (AREA) təşkilatçılığı ilə oktyabrın 7-də Bakı Olimpiya İdman Kompleksində Dünya Robot Olimpiadası üzrə seçim yarışı keçirilib.

Şirvan İSTƏK liseyi məzunlarını təntənə ilə yola salıb

  Azərbaycanın milli təhsil brendi olan İSTƏK liseyi bütün kampuslarında 2016-2017-ci tədris ilinin yekunlarına həsr olunmuş məzuniyyət tədbirləri keçirilir. “Məzun Günü”  tədbiri  Şirvan İSTƏK  liseyində təntənə ilə qeyd olunub. Tədbir  məzunlar, valideynlər, müəllimlər, Şirvan şəhər məktəblərinin nümayəndələri və tədbirə dəvət olunan digər qonaqlar üçün olduqca maraqlı keçib. Tədbirə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb.…

Məktəblilərarası I Robot Olimpiadası keçirilib

2-3 iyun 2017-ci il tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyi, İSTƏK liseyi, Microsoft Azərbaycan şirkəti, Bakı Mühəndislik Universiteti, STEP Kompüter Akademiyası, Edumedia-Azərbaycan, Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası (AREA) və Edutainment şirkətinin birgə təşkilatçılığı ilə Məktəblilərarası I Robot Olimpiadası keçirilib.

Məktəblilərarası I Robot Olimpiadası keçiriləcək

2-3 iyun 2017-ci il tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyi, İSTƏK liseyi, Microsoft Azərbaycan şirkəti, Bakı Mühəndislər Universiteti, STEP Kompüter Akademiyası, Edumedia-Azərbaycan, Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası (AREA) və Edutainment şirkətinin birgə təşkilatçılığı ilə Məktəblilərarası I Robot Olimpiadası keçiriləcək.