ahmedli
Lisey haqqında

“İstək” liseyinin Bakı şəhərində yerləşən 4 kampusundan biri olan Əhmədli “İstək” liseyi  yüksək maddi-texniki bazası və keyfiyyətli təhsili ilə I-VI sinif şagirdlərini uğurlu gələcəyə hazırlayır. Liseyin qayğıkeş müəllimləri 20 ildən artıq peşəkar pedaqoji təcrübəyə əsaslanaraq şagirdlərdə dərslərə qarşı məhəbbət hissini oyada bilirlər. Liseyin 20-dən çox növ üzrə sosial fəaliyyətləri, xarici dillərin öyrənilməsi üçün xüsusi metodologiyanın tətbiqi, ailə-məktəb əməkdaşlığının inkişaf etdirilməsi qısa müddətdə valideynlərin inam və etimadını qazanmışdır.  Müasir maddi-texniki baza və geniş həyətyanı sahəyə malik lisey müasir sinif otaqları, kompyuter laboratoriyaları, idman meydançaları, kitabxana, beynəlxalq tələblərə cavab verən avadanlıq və dərs ləvazimatları ilə təchiz olunmuşdur. Liseyin sinifləri hər birində 20 nəfər olmaqla oğlan və qız şagirdlərdən ibarətdir. Hər il yüzlərlə şagirdə qapılarını açan Əhmədli “İstək” liseyi onların milli dəyərlərə sadiq, yüksək təhsilli, dövrün tələblərinə uyğun bilik və bacarıqlara sahib şəxsiyyət kimi yetişməsi üçün sağlam bünövrə qurur.

Liseyin sahib olduğu əsas xüsusiyyətlər

Klub və dərnəklər

Şagirdlərin hərtərəfli inkişafına imkan yaradan sosial fəallıq proqramları

Abituriyent proqramı

Ali məktəblərə yüksək nəticələr ilə qəbul üçün xüsusi hazırlıq proqramı

Beynəlxalq təhsil proqramları

Dünyanın ən yaxşı təcrübələrinə əsaslanan beynəlxalq keyfiyyətli təhsil

Elektron məktəb sistemi

Mobil telefon, planşet və kompyuter ilə şagirdin nəticələrini izləmə imkanı

Dövlət təhsil standartları

Təhsil Nazirliyinin tələb və standartlarını ehtiva edən tədris prosesi

İdman meydançası

Məşqlər, yarışlar, spartakiadalar üçün açıq və ya qapalı idman meydançası

Həyətyanı sahə

Şagirdin təhlükəsiz mühitdə istirahət edəcəyi, oynayacağı geniş qapalı sahə

Gündəlik qidalanma

Şagirdin gündəlik qida normasına uyğun 3 dəfəyə qədər sağlam qidalanma

Tibb xidməti

Şagirdin tibbi yoxlanışı və yarana biləcək xəstəliklərin qarşısının alınması

Kompyuter laboratoriyası

Kompyuterin proqramlarını dərindən mənimsəməyə imkan yaradan laboratoriya

Psixoloq xidməti

Fərdi psixoloji konsultasiya və qrup işləri ilə şagirdin sosiallaşdırılması

Ağıllı oyun laboratoriyası

Məntiqi təfəkkür və sosial vərdişləri inkişaf etdirən ağıllı laboratoriya
0
%
Ali təhsil müəssisələrinə qəbul
0
%
Xarici universitetlərə qəbul
0
+
Beynəlxalq olimpiadalardan medallar
0
+
Respublika olimpiadalarından medallar