Elektron Məktəb Sistemi (EMS) – “İstək” liseyinin İKT bölməsi tərəfindən xüsusi hazırlanmış proqram təminatı imkan verir ki, valideynlərimiz rahatlıqla istənilən vaxt övladlarının müvəffəqiyyəti ilə maraqlana bilsin. Əsasən statistik məlumatlar təqdim etmək imkanına malik EMS dövlət və beynəlxalq təhsil standartlarına cavab verənkompyuter və mobil cihazlardan istifadə oluna bilən elektron  jurnal proqramıdır.

EMS şagirdlər haqqında məlumatların, qiymətlərin və xüsusi qeydlərin daxil edilməsi, lazımi hesabatların alınması imkanını verir.

EMS vasitəsilə valideynlərimiz məktəbə gəlmədən övladları haqqında ətraflı məlumat ala, övladının davamiyyətini, imtahan nəticələri və qiymət cədvəllərini onlayn olaraq izləyə bilirlər.

Valideynlərimiz tərəfindən operativ istifadə olunan və yüksək qiymətləndirilən EMS sisteminə www.ems.istek.edu.az internet səhifəsi ilə daxil olmaq mümkündür. Həmçinin mobil cihazlar üçün iOS və Android sistemlərinin dəstəklədiyi tətbiqetmələr (application) də valideyn və şagirdlərin istifadəsi üçün AppStorevə Play Marketə yerləşdirilmişdir.

ems
1
untitled-4