ganja
Lisey haqqında

“İstək” liseyinin Gəncə şəhərində yerləşən kampusu şəhərin qədim tarixi və mədəni irsini özündə ehtiva edərək bölgənin təhsil həyatında özünəməxsus yer tutmaqla yanaşı “İstək” liseyinin korporativ ruhuna da xüsusi ahəng qatır. Belə ki, kampus adət-ənənələrimizin tədris prosesinə inteqrasiyasının bariz nümunəsi kimi çıxış edir. Lisey eyni zamanda xarici dilli təhsilə maraq göstərən valideynlər üçün zəngin proqramlar təklif edir, yüksək potensiala malik şəxsiyyətlərin yetişdirilməsi üçün geniş imkanlar yaradır. Liseyin maddi-texniki bazası şagirdlərə dərsləri beynəlxalq standartlara uyğun şəkildə öyrənməyə, zəngin sosial fəaliyyətləri isə hərtərəfli vətəndaş kimi formalaşmasına zəmin yaradır. Liseyə qəbul VII sinifdən başlayır. Liseydə oğlan şagirdlər Azərbaycan bölməsi üzrə 20 nəfərdən ibarət siniflərdə təhsil alırlar.Hər il yüzlərlə şagirdə qapılarını açan  Gəncə “İstək” liseyi onların milli dəyərlərə sadiq, yüksək təhsilli, dövrün tələblərinə uyğun bilik və bacarıqlara sahib şəxsiyyət kimi yetişməsi üçün əlverişli mühit hazırlayır.

Liseyin sahib olduğu əsas xüsusiyyətlər

Abituriyent proqramı

Ali məktəblərə yüksək nəticələr ilə qəbul üçün xüsusi hazırlıq proqramı

Olimpiada proqramları

Azərbaycan və xaricdə keçirilən fənn, layihə olimpiadalarında iştirak imkanı

Elm laboratoriyaları

Fizika, kimya, biologiya fən mövzularının araşdırılması üçün laboratoriya

Elektron məktəb sistemi

Mobil telefon, planşet və kompyuter ilə şagirdin nəticələrini izləmə imkanı

Dövlət təhsil standartları

Təhsil Nazirliyinin tələb və standartlarını ehtiva edən tədris prosesi

İdman meydançası

Məşqlər, yarışlar, spartakiadalar üçün açıq və ya qapalı idman meydançası

Kompyuter laboratoriyası

Kompyuterin proqramlarını dərindən mənimsəməyə imkan yaradan laboratoriya

Klub və dərnəklər

Şagirdlərin hərtərəfli inkişafına imkan yaradan sosial fəallıq proqramları

Həyətyanı sahə

Şagirdin təhlükəsiz mühitdə istirahət edəcəyi, oynayacağı geniş qapalı sahə

Gündəlik qidalanma

Şagirdin gündəlik qida normasına uyğun 3 dəfəyə qədər sağlam qidalanma

Tibb xidməti

Şagirdin tibbi yoxlanışı və yarana biləcək xəstəliklərin qarşısının alınması

Yataqxana şəraiti

Şagirdin gecələməsi, dərslərə hazırlaşması üçün işıqlı və səliqəli otaqlar
0
%
Ali təhsil müəssisələrinə qəbul
0
%
Xarici universitetlərə qəbul
0
+
Beynəlxalq olimpiadalardan medallar
0
+
Respublika olimpiadalarından medallar