ganjlik
Lisey haqqında

İSTƏK liseyinin Bakı şəhərinin Gənclik metro stansiyasının yaxınlığında yerləşən kampusu hər il VII – XI siniflər üzrə yüzlərlə qız və oğlan şagirdlərin birlikdə təhsil aldığı mehriban ailəni xatırladır. Liseyin qayğıkeş, mehriban yerli və xarici müəllimləri fərdi yanaşma əsasında şagirdləri uğurlu gələcəyə hazırlayırlar. Liseyin bir-birindən fərqli sosial fəaliyyətləri təhsil prosesinə marağı daha da artıraraq “İstək” liseyinin kollektiv ruhuna xüsusi rəng qatır. Müasir maddi-texniki baza və geniş həyətyanı sahəyə malik lisey müasir sinif otaqları, kompyuter, təbiət elmləri laboratoriyaları, idman meydançaları, yataqxana, kitabxana, beynəlxalq tələblərə cavab verən avadanlıq və dərs ləvazimatları ilə təchiz olumuşdur. Liseyin siniflərinin tərkibi hər birində 20 nəfər olmaqla qız və oğlan şagirdlərdən ibarətdir. Gənclik İSTƏK liseyi imtahan vasitəsi ilə hər il yüzlərlə qız və oğlan şagirdləri qəbul edərək milli dəyərlərə sadiq, yüksək təhsilli, dövrün tələblərinə uyğun bilik və bacarıqlara sahib şəxsiyyət kimi yetişməsi üçün şərait yaradır.

Liseyin sahib olduğu əsas xüsusiyyətlər

Abituriyent proqramı

Ali məktəblərə yüksək nəticələr ilə qəbul üçün xüsusi hazırlıq proqramı

Olimpiada proqramları

Azərbaycan və xaricdə keçirilən fənn, layihə olimpiadalarında iştirak imkanı

Elektron məktəb sistemi

Mobil telefon, planşet və kompyuter ilə şagirdin nəticələrini izləmə imkanı

Klub və dərnəklər

Şagirdlərin hərtərəfli inkişafına imkan yaradan sosial fəallıq proqramları

Dövlət təhsil standartları

Təhsil Nazirliyinin tələb və standartlarını ehtiva edən tədris prosesi

İdman meydançası

Məşqlər, yarışlar, spartakiadalar üçün açıq və ya qapalı idman meydançası

Həyətyanı sahə

Şagirdin təhlükəsiz mühitdə istirahət edəcəyi, oynayacağı geniş qapalı sahə

Gündəlik qidalanma

Şagirdin gündəlik qida normasına uyğun 3 dəfəyə qədər sağlam qidalanma

Elm laboratoriyaları

Fizika, kimya, biologiya fən mövzularının araşdırılması üçün laboratoriya

Kompyuter laboratoriyası

Kompyuterin proqramlarını dərindən mənimsəməyə imkan yaradan laboratoriya

Psixoloq xidməti

Fərdi psixoloji konsultasiya və qrup işləri ilə şagirdin sosiallaşdırılması

Tibb xidməti

Şagirdin tibbi yoxlanışı və yarana biləcək xəstəliklərin qarşısının alınması

GƏNCLİK İSTƏK LİSEYİ

Nərimanov r., S.Y. Bakuvi küç.

Tel.: (+994 12) 447 51 68

Mob.: (+994 55) 455 92 04