İSTƏK LİSEYİ
istek-haqqimizda

İSTƏK liseyi I-XI sinif şagirdlərinə Azərbaycan və Beynəlxalq bölmələr üzrə təhsil xidməti göstərən ümumtəhsil müəssisəsidir. 2014-cü ildə təsis olunan lisey Azərbaycan Respublikası Təhsil Nazirliyinin 074503 №-li lisenziyası əsasında Bakı (Gənclik, Nərimanov, Xalqlar Dostluğu, Əhmədli), Sumqayıt, Quba, Şirvan, Lənkəran, Ağdaş, Mingəçevir və Gəncə şəhərlərində fəaliyyət göstərir. Təhsil prosesində dövlət təhsil standartları və beynəlxalq proqramları birgə tətbiq edən İSTƏK liseyi milli dəyərlərə sədaqətlə şagirdlərin dövrün tələblərinə uyğun bilik və bacarıqlara sahib olmasına imkan yaradır. Liseyin peşəkar pedaqoji təcrübəyə əsaslanan tədris prosesi, bir-birindən maraqlı sosial fəaliyyətləri və zəngin tədris vəsaitləri hər bir şagirdi istədiyi təhsil ilə təmin edir.

ÜSTÜNLÜKLƏR
  • Səmərəli təhsil haqqı və təqaüd siyasəti
  • Milli və beynəlxalq kurikulumun inteqrasiyası
  • Beynəlxalq sertifikatlı yerli və xarici müəllimlər
  • Layihə yanaşmasına əsaslanan tədris prosesi
  • Dünya olimpiadalarında iştirak imkanı
  • Elm / kompyuter / robot / oyun laboratoriyaları
  • 20-dən çox sosial fəaliyyət proqramları
  • Sağlam, intellektual və təhlükəsiz mühit
NAİLİYYƏTLƏR

Nailiyyətlər 2015-2016-cı tədris ilinin yekunlarına əsaslanır və 1 il ərzində əldə olunmuş nəticələri əks etdirir.

Ali məktəblərə qəbul nəticəsi - 99%
Xarici universitetlərə qəbul olanlar - 68%
Respublika olimpiadaları - 84 medal
Beynəlxalq olimpiadalar - 79 medal
MİSSİYA

Liseyin missiyası fərdi inkişaf proqramı əsasında dövlət təhsil standartlarının tələblərinə cavab verən, beynəlxalq təhsil və xüsusi proqramların imkanlarını təqdim etməklə, milli dəyərləri qorumaqla, ümumbəşəri dəyərlərə açıq, bilikli, səriştəli, əxlaqlı və sosial məsuliyyətli şəxsiyyət yetişdirməkdən ibarətdir.

BAXIŞ

İSTƏK liseyinin baxışı Azərbaycanın təhsil ənənələrinə sədaqətlə dövlət və beynəlxalq təhsil standartlarına cavab verən milli təhsil brendi kimi dünya təhsilinin ön sıralarında olmaqdır.