ibtidai

İbtidai siniflər (I-VI siniflər) “İstək” liseyinin Əhmədli, Gənclik, Gəncə və Sumqayıt kampuslarında mövcuddur. Əhmədli kampusunda I-VI siniflər, Gənclik və Gəncə kampuslarında I siniflər, Sumqayıt kampusunda isə V-VI siniflər təhsil alırlar.

İbtidai siniflər üzrə tədris proqramı dövlət təhsil standartları əsasında milli kurikulumun tətbiqi ilə həyata keçirilir. İbtidai siniflərin tərkibi bir qayda olaraq hər birində qız və oğlan şagirdlər olmaqla 20 nəfərdən ibarətdir. Təşkil olunan fənn həftələri, bilik yarışları və sərgilər vasitəsi ilə şagirdlər tədris olunan fənləri daha böyük maraqla araşdırır və bununla da onların fənlərə məhəbbət hissi yaranır.

Dərs saatları: 09:00 – 15:50

Bölmə: Azərbaycan və ingilis dili

Liseyin tədris sahəsində 20 illik təcrübə əsasında formalaşdırılmış tədris ənənələri şagirdlərə fərdi yanaşmanın tətbiq olunmasına imkan yaradır. Şagirdlərə fərdi yanaşma onların mənimsəmə qabiliyyətinin artırılması, öz potensialından maksimum istifadə etməsini təmin edir.

Liseyin xüsusi sosial fəallıq konsepsiyası çərçivəsində şagirdlər müxtəlif sosial proqramlar vasitəsi ilə öz yaradıcılıq potensialını inkişaf etdirə bilir, ictimai həyatda iştirak vərdişlərini mənimsəyir və bununla da müxtəlif vəziyyətlərdə adekvat davranış xüsusiyyətlərinə yiyələnirlər. Liseydə keçirilən əlamətdar günlər, sinif gecələri, teatr tamaşaları, ölkənin yeni infrastruktur obyektləri, tarixi abidələri və qabaqcıl şirkətlərinə təşkil olunmuş məlumat turları və bu kimi digər çoxsaylı tədbirlər şagirdlərin dünyagörüşünü artırır və onların hərtərəfli inkişafına şərait yaradır.

“İstək” liseyi xarici dillərin tədrisinə ibtidai sinifdən başlayır. Əsasən ingilis dilinin tədrisinə üstünlük verilən kampusda bir sıra dərsdənkənar fəaliyyətlər də ingilis dilində təşkil edilir. Növbəti illərdə “İstək” liseyinin qarşısına qoyduğu məqsədlərdən biri də Əhmədli liseyinə də “Cambridge school” statusunu qazandırmaqdır.

“İstək” liseyi şagirdin uğurlarında valideynin rolunun artırılmasına böyük əhəmiyyət verir. Valideynlər üçün təşkil olunan təlim proqramları, ailə ziyarətləri və başqa tədbirlər ailə-məktəb əməkdaşlığının inkişaf etdirilməsi, şagirdin həyatında valideynin iştirakının daha da genişləndirilməsinə kömək edir, bununla da şagirdin mənimsəmə qabiliyyətini artırır.

Şagirdlərimizin qidalanması “Halal” standartına uyğun şəkildə şagirdin gündəlik qida normasına müvafiq gün ərzində 3 dəfə olmaqla təmin olunur. Peşəkar aşbazlarımız tərəfindən hazırlanan ləziz təamlar şagirdlərimizi yeni enerji ilə öyrənməyə sövq edir. Menyu hazırlanarkən həm milli, həm müasir mətbəx, həm də şagirdlərin istəkləri nəzərə alınır. Ümumilikdə “İstək” liseyinin qida ənənələri şagirdlərə ayrıca praktik vərdişlər şəklində mənimsədilir.

Şagirdin mənimsəmə qabiliyyəti onun səhhətinin vəziyyəti ilə sıx əlaqəlidir. Liseyimiz mütəmadi olaraq şagirdlərin tibbi yoxlanışını həyata keçirməklə onların daim gümrah olması və yarana biləcək xəstəliklərin qarşısının alınmasını təmin edir. Peşəkar həkimlərimiz şagirdlərin səhhətində qarşıya çıxan problemlərin aradan qaldırılması üçün lazım olan bilik və bacarıqlara malikdirlər.

Əhmədli “İstək” liseyindən uzaqda yaşayan valideynlərimiz, razılaşma əsasında övladlarınının məktəbə çatdırılmasını müstəqil nəqliyyat şirkətinə həvalə edə bilərlər.

I-VI siniflər üzrə liseyə qəbul müsahibə və müsabiqə əsasında həyata keçirilir. I siniflər üzrə qəbul müsahibə, II-VI siniflər üzrə isə qəbul müsabiqə yolu ilə aparılır. Müsahibə və müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçmək lazımdır.

TƏHSİL SƏVİYYƏLƏRİ
  • İbtidai təhsil
  • Ümumi orta təhsil
  • Tam orta təhsil
NAİLİYYƏTLƏR
Ali məktəblərə qəbul nəticəsi - 99%
Xarici universitetlərə qəbul olanlar - 68%
Respublika olimpiadaları - 84 medal
Beynəlxalq olimpiadalar - 79 medal
BİZƏ YAZ

Mesaj göndərclear