“İstək” liseyi şagirdlərin zehni inkişafı ilə yanaşı onların fiziki inkişafı üçün də müvafiq şərait yaradır. Buna görə də liseyin kampuslarının dəhlizləri, həyətyanı sahəsi kiçik və böyük idman meydançaları ilə əhatə olunmuşdur.  Liseyin idman meydançaları şagirdlərin həm dərs fasilələri zamanı kiçik yarışlarla vaxtlarını səmərəli keçirməsi, həm də idman dərslərində həvəslə sevdikləri idman oyunları ilə məşğul olmasına imkan verir.

Liseyin kampuslarında futbol, voleybol, basketbol, trenajor,  stolüstü  tennis, güləş, cüdo, taekvando zalı və şahmat-dama salonları fəaliyyət göstərir.

Dərs bitdikdən sonra saat 16:00-18:00 arasında idman dərnəkləri təşkil edilir. Dərnəklər peşəkar məşqçilər tərəfindən aparılır. Liseydaxili yarışlarla yanaşı, tədris ilinin sonunda liseylərarası respublika üzrə spartakiada yarışları da təşkil olunur.

Güləş və futbol üzrə  spartakiadada yer  tutan  şagirdlərin  beynəlxalq yarışlarda iştirak etmələri üçün şərait yaradılır.

Şagirdlərin idmana maraqlarını gücləndirmək məqsədilə respublikamızın məşhur  idmançılarını liseyimizə dəvət edib  şagirlərlə görüşləri təşkil edilir.

1
tennis
taek