keyfiyyet

Keyfiyyət siyasəti haqqında

“İstək” liseyi milli təhsil brendi olaraq hədəflərinə keyfiyyətli təhsil və idarəetmənin prinsiplərinə əsaslanaraq nail olmağı planlaşdırır. Lisey fəaliyyətində əhatə etdiyi və onu əhatə edən ətraf mühitin iştirakçıları ilə xoşməramlı münasibətlərin qurulmasına mühüm əhəmiyyət verir. Göstərdiyi xidmətlərin keyfiyyəti sayəsində lisey iki dəfə TSE EN 9000:2008 Keyfiyyəti İdarəetmə Sistemi üzrə beynəlxalq idarəetmə sertifikatına layiq görülmüşdür.

Keyfiyyət siyasətinin müddəaları

İstək” liseyinin keyfiyyət siyasəti Azərbaycan Respublikasının Konstitusiyası, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, digər qanunvericilik aktlarının tələbləri və Beynəlxalq Keyfiyyəti İdarəetmə Sisteminin prinsiplərini rəhbər tutaraq:

  • Azərbaycan Respublikasının dövlət təlim standartlarını və beynəlxalq təlim proqramlarını tətbiq edən;
  • xidmət keyfiyyətini daima inkişaf etdirən;
  • şagirdin inkişaf dinamikasını izləyən və onun şəxsi keyfiyyətlərini inkişaf etdirən;
  • valideyn və şagird məmnuniyyətini ön planda tutan;
  • müasir bilik və bacarıqlara sahib olan;
  • fikrini müxtəlif dillərdə sərbəst ifadə edə bilən;
  • müasir texnologiyalardan bacarıqla istifadə edən;
  • Azərbaycanı və azərbaycançılıq ideologiyasını ləyaqətlə təmsil etmək keyfiyyətinə, milli, ümumbəşəri, habelə yüksək fərdi, ictimai, ailə və dövlətçilik dəyərlərinə malik olan;

tolerant nəsillər yetişdirməkdən ibarətdir.