İSTƏK liseyinin bütün kampusları zəngin kitabxana şəraiti ilə təchiz olunmuşdur. Bakı (İSTƏK Beynəlxalq məktəbi, İSTƏK ibtidai beynəlxalq məktəbi, Xalqlar Dostluğu və Gənclik), Sumqayıt, Quba, Şirvan, Lənkəran, Ağdaş, Mingəçevir, Gəncə və Şəki liseylərinin kitabxanaları mahiyyət etibarı ilə zəngin xəzinəni xatırladır. Lisey kitabxananın zənginliyi ilə yanaşı, burada yerləşən kitabların praktikiliyi və şagirdlər tərəfindən mütəmadi istifadəsinə böyük əhəmiyyət verir.

Dərs kitabları haqqında

Dərs kitabları Təhsil Nazirliyinin təsdiq etdiyi, Kembric (Cambridge) və Oksford (Oxford) Universitetlərinin nəşr etdirdiyi dərsliklərdən ibarətdir. Kitablar fənlərə görə ayrı-ayrı kitab rəflərində yerləşdirilmişdir. Kitabların şagirdlərə verilməsi fənn müəllimləri tərəfindən aparılır. Müəllimlər hər sinifdəki şagirdlərin sayına görə  kitabxanadan dərs kitablarını götürür və onlara təqdim edirlər.

Bədii kitablar haqqında

Liseyin kitabxanasında yer alan bədii kitablar Azərbaycan dilində və xarici dildə nəşr olunmuş kitablardan ibarətdir.

Azərbaycan dilində nəşr olunmuş bədii kitablar kitabxanalarda məzmununa görə yerləşdirilmişdir. Məsələn, şifahi xalq ədəbiyyatına aid olan kitablar, ədəbiyyatın müxtəlif dövrlərinə aid olan kitablar, şeir kitabları, dünya ədəbiyyatına aid olan əsərlər, həmçinin klassik yazıçıların əsərləri onlar üçün xüsusi ayrılmış rəflərdə yerləşdirilmişdir.

Xarici dildə olan Kembric (Cambridge) və Oksford (Oxford) Universitetlərinin nəşr etdirdiyi bədii kitablardır. Müəyyən bir səviyyəyə görə rəflərdə yerləşdirilmiş bu kitablar içində dünya ədəbiyyatına aid olan əsərlər, klassik yazıçıların əsərləri mövcuddur.

1
3
2