İSTƏK liseyinin Lənkəran şəhərində yerləşən kampusu yenilikçiliyi, inkişaf sürəti və nailiyyətləri ilə Cənub bölgəsinin təhsil həyatına öz töhfəsini verir. Liseyin beynəlxalq standartlara cavab verən təhsil sistemi bölgənin tədris ənənələri, əsasını şəhər əhalisinin vüqarlılığı və mehribanlığından alan tərbiyə prosesi ilə birləşərək özünəməxsus uğurlu bir model kimi çıxış edir. Liseyin sosial fəaliyyətləri, bölgənin səfalı guşələrinə ekskursiyaları, dərnək və klubları kənarda yaşayan şagirdləri də liseyin rahat və təminatlı yataqxanasında qalaraq burada təhsil almağa sövq edir.Liseydə Azərbaycan bölməsi üzrə oğlan şagirdlər V-X sinifdən təhsil alırlar.Liseyin beynəlxalq tələblərə cavab verən avadanlıq və dərs ləvazimatları şagirdlərin biliklərini bacarığa çevirərək ali məktəblərə qəbulda yüksək nəticələr əldə etməsi, onların respublika və beynəlxalq olimpiadalarda uğur qazanmasına imkan yaradır. Lənkəran İSTƏK liseyi hər il Cənub bölgəsinin hər yerindən yüzlərlə şagirdin doğma evinə çevrilir.Onlar liseyi seçərək milli dəyərlərə sadiq, yüksək təhsilli, dövrün tələblərinə uyğun bilik və bacarıqlara sahib şəxsiyyət kimi yetişmək imanı qazanırlar.

Lisey haqqında
Liseyin sahib olduğu əsas xüsusiyyətlər
LƏNKƏRAN İSTƏK LİSEYİ
Abdullayev küç. 19
Tel.: (+994 25) 255 09 39
Mob.: (+994 55) 455 92 11