İSTƏK liseyi şagirdlərinin məktəbi bitirib məzun olduqdan sonrakı həyat və peşəkar fəaliyyəti ilə yaxından maraqlanır, məzunları ilə əlaqələrinin saxlanılmasına böyük əhəmiyyət verir.

Məzunlar üçün sosial fəaliyyət proqramları

Hər il məzunlarımızın böyük əksəriyyəti respublikanın və dünyanın aparıcı ali təhsil müəssisələrinə yüksək nəticələrlə qəbul olurlar. Onlar məzun olduqdan sonra da liseyimizdə təhsil aldığı dövrləri unutmur, burada qazandıqları bilik, bacarıq və dəyərləri özləri ilə daşıyaraq nümunəvilikləri ilə seçilirlər. Onlar mütəmadi olaraq, liseyimizi, onlara dərs deyən müəllimləri ziyarət edir, liseyimiz tərəfindən onlar üçün təşkil olunan proqramlarda sinif yoldaşları ilə görüşürlər. Onlar üçün təşkil olunan xüsusi proqramlar, idman yarışları və digər tədbirlər məzunlarımız arasında əlaqələrin möhkəmlənməsi və inkişaf etməsinə təkan verir.

Məzunların valideynləri üçün sosial fəaliyyət proqramları

Hər il yüzlərlə şagirdimizin tələbə adını qazanaraq liseyimizi tərk etməsinə baxmayaraq, müəllimlərimiz və məzunlarımızın valideynləri arasında olan xoşməramlı münasibətlər daima saxlanılır və möhkəmlənir. Şagirdə fərdi yanaşma, şagirdin uğurlarında valideynin rolunun artırılması valideynlərimiz tərəfindən yüksək qiymətləndirilir və təqdir olunur. Bunun nəticəsidir ki, övladları məzun olduqdan sonra da valideynlərimiz liseyimizin onlar üçün təşkil etdiyi görüşlərdə, ailə ziyarətləri və digər tədbirlərdə həvəslə iştirak edirlər.

tam_orta
img_7492
mezun