ming
Lisey haqqında

İSTƏK liseyinin Mingəçevir şəhərində yerləşən kampusu gənc şəhərin və ətraf rayonların təhsil həyatında mühüm əhəmiyyətə malikdir. Şəhərin ziyalı, mehriban əhalisinin rəğbəti və etimadı ilə Mingəçevir İSTƏK liseyi ali təhsil müəssisələrinə qəbulda yüksək nəticələr göstərərək, respublika olimpiadaları və idman yarışlarında zəfərdən-zəfərə addımlayır. Liseyin maddi-texniki bazası, idman zalları müxtəlif tipli idman və intellektual yarışların keçirilməsinə imkan yaradır. Dərnək və klubları şagirdlərin asudə vaxtının səmərəli keçirilməsi,müasir sinif otaqları, kompyuter, təbiət elmləri laboratoriyaları, zəngin kitabxanası, dərs ləvazimatları şagirdlərin zəruri bilik və bacarıqlara yiyələnməsini təmin edir. Siniflərinin tərkibi hər biri 20 nəfər oğlan şagirdlərdən ibarət liseydə təhsil V sinifdən başlanır. Mingəçevir İSTƏK liseyi hər il bölgənin müxtəlif yerlərindən olan şagirdlərə qucaq açaraq onların milli dəyərlərə sadiq, yüksək təhsilli, dövrün tələblərinə uyğun bilik və bacarıqlara sahib şəxsiyyət kimi yetişməsi üçün şərait yaradır.

Liseyin sahib olduğu əsas xüsusiyyətlər

Abituriyent proqramı

Ali məktəblərə yüksək nəticələr ilə qəbul üçün xüsusi hazırlıq proqramı

Olimpiada proqramları

Azərbaycan və xaricdə keçirilən fənn, layihə olimpiadalarında iştirak imkanı

Elm laboratoriyaları

Fizika, kimya, biologiya fən mövzularının araşdırılması üçün laboratoriya

Elektron məktəb sistemi

Mobil telefon, planşet və kompyuter ilə şagirdin nəticələrini izləmə imkanı

Dövlət təhsil standartları

Təhsil Nazirliyinin tələb və standartlarını ehtiva edən tədris prosesi

İdman meydançası

Məşqlər, yarışlar, spartakiadalar üçün açıq və ya qapalı idman meydançası

Kompyuter laboratoriyası

Kompyuterin proqramlarını dərindən mənimsəməyə imkan yaradan laboratoriya

Klub və dərnəklər

Şagirdlərin hərtərəfli inkişafına imkan yaradan sosial fəallıq proqramları

Həyətyanı sahə

Şagirdin təhlükəsiz mühitdə istirahət edəcəyi, oynayacağı geniş qapalı sahə

Gündəlik qidalanma

Şagirdin gündəlik qida normasına uyğun 3 dəfəyə qədər sağlam qidalanma

Tibb xidməti

Şagirdin tibbi yoxlanışı və yarana biləcək xəstəliklərin qarşısının alınması

Yataqxana şəraiti

Şagirdin gecələməsi, dərslərə hazırlaşması üçün işıqlı və səliqəli otaqlar

MİNGƏÇEVİR İSTƏK LİSEYİ

20 Yanvar küç. 12

Tel.: (+994 24) 274 14 88

Mob.: (+994 55) 455 92 13