narimanovc
Lisey haqqında

“İstək” liseyinin Bakı şəhərinin Nərimanov metro stansiyasının yaxınlığında yerləşən kampusu beynəlxalq təhsil proqramları, maddi – texniki bazası, dünya şöhrətli ali məktəblərə qəbul və beynəlxalq olimpiadalarda nəticələri ilə dünya təhsilini hamı üçün əlçatan edir. Əzəmətli binası, üstün texnologiyaları, beynəlxalq proqramları ilə liseyin şagirdləri fənləri xarici dillərdə mənimsəyərək bütün dünyada tanınan beynəlxalq sertifikat əldə edə bilirlər. Liseyin maddi-texniki bazası liseydə 20-dən artıq növ üzrə sosial fəaliyyət proqramlarının həyata keçirilməsi, şagirdlərin dərəcə və olimpiada siniflərində xüsusi hazırlıq keçməsi, təbiət elmləri və kompyuter laboratoriyaları ilə biliklərini bacarıqlara çevirməsinə imkan verir. Liseyin test imtahanı vasitəsi ilə VII sinifdən qəbul etdiyi oğlan şagirdlər, 20 nəfərdən ibarət siniflərdə təhsil alırlar. Hər il beynəlxalq proqramlara və xaricdə təhsilə maraq göstərən yüzlərlə şagird və valideynin seçimi olan Nərimanov “İstək” liseyi şagirdlərin milli dəyərlərə sadiq, yüksək təhsilli, dövrün tələblərinə uyğun bilik və bacarıqlara sahib şəxsiyyət kimi yetişməsi üçün şərait yaradır.

Liseyin sahib olduğu əsas xüsusiyyətlər

Abituriyent proqramı

Ali məktəblərə yüksək nəticələr ilə qəbul üçün xüsusi hazırlıq proqramı

Olimpiada proqramları

Azərbaycan və xaricdə keçirilən fənn, layihə olimpiadalarında iştirak imkanı

Beynəlxalq təhsil proqramları

Dünyanın ən yaxşı təcrübələrinə əsaslanan beynəlxalq keyfiyyətli təhsil

Elektron məktəb sistemi

Mobil telefon, planşet və kompyuter ilə şagirdin nəticələrini izləmə imkanı

Dövlət təhsil standartları

Təhsil Nazirliyinin tələb və standartlarını ehtiva edən tədris prosesi

İdman meydançası

Məşqlər, yarışlar, spartakiadalar üçün açıq və ya qapalı idman meydançası

Robot laboratoriyası

Robotların tədqiqi, tərtibi və proqramlaşdırılması üçün zəruri laboratoriya

Klub və dərnəklər

Şagirdlərin hərtərəfli inkişafına imkan yaradan sosial fəallıq proqramları

Elm laboratoriyaları

Fizika, kimya, biologiya fən mövzularının araşdırılması üçün laboratoriya

Kompyuter laboratoriyası

Kompyuterin proqramlarını dərindən mənimsəməyə imkan yaradan laboratoriya

Həyətyanı sahə

Şagirdin təhlükəsiz mühitdə istirahət edəcəyi, oynayacağı geniş qapalı sahə

Yataqxana şəraiti

Şagirdin gecələməsi, dərslərə hazırlaşması üçün işıqlı və səliqəli otaqlar

Gündəlik qidalanma

Şagirdin gündəlik qida normasına uyğun 3 dəfəyə qədər sağlam qidalanma

Tibb xidməti

Şagirdin tibbi yoxlanışı və yarana biləcək xəstəliklərin qarşısının alınması

Psixoloq xidməti

Fərdi psixoloji konsultasiya və qrup işləri ilə şagirdin sosiallaşdırılması
0
%
Ali təhsil müəssisələrinə qəbul
0
%
Xarici universitetlərə qəbul
0
+
Beynəlxalq olimpiadalardan medallar
0
+
Respublika olimpiadalarından medallar