guba
Lisey haqqında

İSTƏK  liseyinin Quba şəhərində yerləşən kampusu müasir şəraiti və təhsil keyfiyyəti ilə ölkənin şimal – şərq bölgəsinin aparıcı təhsil müəssisələrindən biridir. Quba şəhərinin səfalı bir guşəsində yerləşən lisey tədris və tərbiyə prosesini yerləşdiyi coğrafi ərazinin əhalisinin qətiyyət və əzmi ilə zənginləşdirərək şagirdlərin mükəmməl bir şəxsiyyət kimi yetişməsinin təməlini qoyur. Quba İSTƏK liseyinin modern görünüşü, müasir sinif otaqları, kompyuter, təbiət elmləri laboratoriyaları, idman meydançaları, kitabxana, beynəlxalq tələblərə cavab verən avadanlıq və dərs ləvazimatları ilə təchiz olunması valideyn və şagirdləri istədikləri təhsil ilə təmin edir. Liseydə təhsil almaq üçün həyata keçirilən qəbul imtahanları ilə hər il yüzlərlə şagird milli dəyərlərə sadiq, yüksək təhsilli, dövrün tələblərinə uyğun bilik və bacarıqlara sahib şəxsiyyət kimi yetişmək imkanı əldə edir. Liseyin test imtahanı vasitəsi ilə V sinifdən qəbul etdiyi oğlan şagirdlər, 20 nəfərdən ibarət siniflərdə təhsil alırlar.

Liseyin sahib olduğu əsas xüsusiyyətlər

Abituriyent proqramı

Ali məktəblərə yüksək nəticələr ilə qəbul üçün xüsusi hazırlıq proqramı

Olimpiada proqramları

Azərbaycan və xaricdə keçirilən fənn, layihə olimpiadalarında iştirak imkanı

Elm laboratoriyaları

Fizika, kimya, biologiya fən mövzularının araşdırılması üçün laboratoriya

Elektron məktəb sistemi

Mobil telefon, planşet və kompyuter ilə şagirdin nəticələrini izləmə imkanı

Dövlət təhsil standartları

Təhsil Nazirliyinin tələb və standartlarını ehtiva edən tədris prosesi

İdman meydançası

Məşqlər, yarışlar, spartakiadalar üçün açıq və ya qapalı idman meydançası

Kompyuter laboratoriyası

Kompyuterin proqramlarını dərindən mənimsəməyə imkan yaradan laboratoriya

Klub və dərnəklər

Şagirdlərin hərtərəfli inkişafına imkan yaradan sosial fəallıq proqramları

Həyətyanı sahə

Şagirdin təhlükəsiz mühitdə istirahət edəcəyi, oynayacağı geniş qapalı sahə

Gündəlik qidalanma

Şagirdin gündəlik qida normasına uyğun 3 dəfəyə qədər sağlam qidalanma

Tibb xidməti

Şagirdin tibbi yoxlanışı və yarana biləcək xəstəliklərin qarşısının alınması

Yataqxana şəraiti

Şagirdin gecələməsi, dərslərə hazırlaşması üçün işıqlı və səliqəli otaqlar

QUBA İSTƏK LİSEYİ

Ə. Əzizbəyov küç. 42

Tel.: (+994 23) 335 21 35

Mob.: (+994 55) 455 92 08