seki
Lisey haqqında

İSTƏK liseyinin Şəki şəhərində müasir inkişafı və təhsil yeniliklərini özündə cəmləşdirən kampusu 2017-2017 tədris ilindən fəaliyyətə başlayır. Tarixilik və təbiət möcüzələrinin vəhdətini özündə ehtiva edən Şəkidə yerləşən bu kampusda şagirdlər dövrün tələblərinə uyğun bilik və bacarıqlar əldə edirlər. Liseyin fəaliyyəti Şəki-Zaqatala iqtisadi rayonunun təhsil həyatı üçün mühüm əhəmiyyət daşıyır. Liseydə dərslər “İstədiyiniz təhsil” fəlsəfəsinə sadiq qalaraq milli kurikulum əsasında beynəlxalq təlim sertifikatına malik müəllimlər tərəfindən keçirilir. Bununla yanaşı, şimal-qərb bölgəsinin təhsil keyfiyyətinə öz töfhəsini vermək istəyən liseydə müasir dərs vəsaitləri istifadə olunur, İnformatika və riyaziyyat fənləri xüsusi yanaşma ilə İngilis dilində keçirilir.

Geniş həyətyanı sahəyə malik olan kampus müasir maddi-texniki baza, geniş, işıqlı sinif otaqları, kimya, biologiya, fizika, kompüter laboratoriyaları, idman meydançaları, kitabxana, beynəlxalq tələblərə cavab verən avadanlıq və dərs ləvazimatları ilə təchiz olunub. Liseydə tədris peşəkar pedaqoji təcrübəyə malik müəllimlər tərəfindən aparılır. Liseydə Azərbaycan bölməsi üzrə qız və oğlan şagirdlərin V-X siniflərin təhsil aldığı liseydə Şəki şəhəri və ətraf rayonlardan olan şagirdlər üçün yataqxana şəraiti mövcuddur.

Şagirdlərin zehni inkişafı ilə yanaşı onların fiziki və mənəvi inkişafını təmin etmək, hər bir şagirdin şəxsiyyət kimi formalaşmasına xüsusi diqqət yetirmək məqsədilə şagirdlərin meyil, maraq və istedadına uyğun müxtəlif sosial fəaliyyət növlərinə uyğun klub və dərnəklər təşkil olunur.

Liseyin sahib olduğu əsas xüsusiyyətlər

Abituriyent proqramı

Ali məktəblərə yüksək nəticələr ilə qəbul üçün xüsusi hazırlıq proqramı

Olimpiada proqramları

Azərbaycan və xaricdə keçirilən fənn, layihə olimpiadalarında iştirak imkanı

Elm laboratoriyaları

Fizika, kimya, biologiya fən mövzularının araşdırılması üçün laboratoriya

Elektron məktəb sistemi

Mobil telefon, planşet və kompyuter ilə şagirdin nəticələrini izləmə imkanı

Dövlət təhsil standartları

Təhsil Nazirliyinin tələb və standartlarını ehtiva edən tədris prosesi

İdman meydançası

Məşqlər, yarışlar, spartakiadalar üçün açıq və ya qapalı idman meydançası

Kompyuter laboratoriyası

Kompyuterin proqramlarını dərindən mənimsəməyə imkan yaradan laboratoriya

Klub və dərnəklər

Şagirdlərin hərtərəfli inkişafına imkan yaradan sosial fəallıq proqramları

Həyətyanı sahə

Şagirdin təhlükəsiz mühitdə istirahət edəcəyi, oynayacağı geniş qapalı sahə

Gündəlik qidalanma

Şagirdin gündəlik qida normasına uyğun 3 dəfəyə qədər sağlam qidalanma

Tibb xidməti

Şagirdin tibbi yoxlanışı və yarana biləcək xəstəliklərin qarşısının alınması

Yataqxana şəraiti

Şagirdin gecələməsi, dərslərə hazırlaşması üçün işıqlı və səliqəli otaqlar