shirvan
Lisey haqqında

“İstək” liseyinin Şirvan şəhərində yerləşən kampusu əldə etdiyi yüksək nəticələrlə təhsil səviyyəsinin inkişafına töhfə verərək yerləşdiyi bölgənin iftixarına çevrilmişdir. Liseyin tədris və tərbiyə prosesi yerləşdiyi coğrafi ərazinin dinamikası, çevikliyi ilə ahəng yaradaraq yerli və beynəlxalq olimpiadalar, ali məktəblərə qəbulda yüksək göstərişli nəticələr qazandırmışdır. Liseyin geniş həyətyanı sahəsi, müasir sinif otaqları, kompyuter, təbiət elmləri laboratoriyaları, idman meydançaları, kitabxana, beynəlxalq tələblərə cavab verən avadanlıq və dərs ləvazimatları ilə təchiz olunması şagirdləri keyfiyyətli təhsil ilə təmin etməyə imkan verir. Liseydə təhsil VII sinifdən başlanır. Siniflərin tərkibi hər birində 20 nəfər olmaqla oğlan şagirdlərdən ibarətdir. Şirvan “İstək” liseyi hər il yüzlərlə şagirdi qəbul edərək onların milli dəyərlərə sadiq, yüksək təhsilli, dövrün tələblərinə uyğun bilik və bacarıqlara sahib şəxsiyyət kimi yetişməsi üçün şərait yaradır.

Liseyin sahib olduğu əsas xüsusiyyətlər

Abituriyent proqramı

Ali məktəblərə yüksək nəticələr ilə qəbul üçün xüsusi hazırlıq proqramı

Olimpiada proqramları

Azərbaycan və xaricdə keçirilən fənn, layihə olimpiadalarında iştirak imkanı

Elm laboratoriyaları

Fizika, kimya, biologiya fən mövzularının araşdırılması üçün laboratoriya

Elektron məktəb sistemi

Mobil telefon, planşet və kompyuter ilə şagirdin nəticələrini izləmə imkanı

Dövlət təhsil standartları

Təhsil Nazirliyinin tələb və standartlarını ehtiva edən tədris prosesi

İdman meydançası

Məşqlər, yarışlar, spartakiadalar üçün açıq və ya qapalı idman meydançası

Kompyuter laboratoriyası

Kompyuterin proqramlarını dərindən mənimsəməyə imkan yaradan laboratoriya

Klub və dərnəklər

Şagirdlərin hərtərəfli inkişafına imkan yaradan sosial fəallıq proqramları

Həyətyanı sahə

Şagirdin təhlükəsiz mühitdə istirahət edəcəyi, oynayacağı geniş qapalı sahə

Gündəlik qidalanma

Şagirdin gündəlik qida normasına uyğun 3 dəfəyə qədər sağlam qidalanma

Tibb xidməti

Şagirdin tibbi yoxlanışı və yarana biləcək xəstəliklərin qarşısının alınması

Yataqxana şəraiti

Şagirdin gecələməsi, dərslərə hazırlaşması üçün işıqlı və səliqəli otaqlar
0
%
Ali təhsil müəssisələrinə qəbul
0
%
Xarici universitetlərə qəbul
0
+
Beynəlxalq olimpiadalardan medallar
0
+
Respublika olimpiadalarından medallar