uz

İSTƏK liseyinin sosial fəaliyyətlər proqramı onun fəlsəfəsi, məqsəd və baxış ilə vəhdət təşkil edir. Liseyin 20-dən çox sosial fəaliyyət növləri, klub və dərnəkləri şagirdin dərsdənkənar bilik və bacarıqlara yiyələnməsi, yaradıcı təfəkkürünün inkişafı, milli və ümumbəşəri dəyərlərə yiyələnməsi üçün şərait yaradır.

aile

Valideyn-müəllim əməkdaşlığı şagiridin sosial həyatında və müvəffəqiyyət qazanmasında mühüm rol oynayan amillərdən biridir. Valideynlərin təhsil və dünyagörüşü səviyyəsinin müxtəlif olması onların övladlarının təhsil və tədrisi ilə maraqlanmasına birbaşa təsir göstərir. Bu nöqteyi-nəzərdən şagirdin şəxsiyyət kimi yetişməsində və onda sosial səriştələrin formalaşmasında müəllimin peşəkar iştirakı valideyn əməyini daha effektiv edir. Təhsilin önəmini nəzərə alaraq lisey bu işi yalnız məktəbdaxili deyil, məktəbxarici fəaliyyət formasında da həyata keçirir. Lisey valideynlər  üçün seminar, təlim, görüş, yarış və başqa tədbirləri ilə ailə-məktəb əməkdaşlığını təkmilləşdirir, valideynlərin övladları ilə daha çox vaxt keçirməsinə imkan yaradır.

IMG_1248

Şagirdlərdə təhsil və tərbiyə prosesində yaranan problemlərin aradan qaldırılması və yarana biləcək çətinliklərin öncədən qarşısının alınması məqsədilə fərdi və qrup şəklində görüşlər həyata keçirilir. Bu görüşlər sinif rəhbəri və sinfin köməkçi müəllimi tərəfindən aparılır.

IMG_3016

Müasir məktəbdə tədris – tərbiyə prosesinin uğurlu təşkil edilməsi və şagird potensialının tam açılması üçün liseydə “psixoloji dəstək xidməti” fəaliyyət göstərir. Xidmətin əsasını ekspertiza, konsultasiya və diaqnostik məsələlərin optimal həlli üçün psixologiya elminin praktik tətbiqi təşkil edir. Biz çalışırıq ki, pedaqoji heyətimiz və lisey administrasiyası tədris – tərbiyə prosesinin psixoloji resursları və potensial imkanları haqqında dəqiq təsəvvürə malik olsunlar və elmin fundamental biliklərini təcrübədə tətbiq edə bilsinlər. Liseyimizin psixoloqları hesab edirlər ki, yalnız belə olan təqdirdə şəxsiyyət və kollektivə olan pedaqoji təsir lazımi səviyyədə ola bilər.

Liseyimizdə psixoloji xidmətin aşağıdakı istiqamətləri mövcuddur:

  • Şagirdlərin fərdi xüsusiyyətlərinin öyrənilməsi əsasında fərdi yanaşma işinin qurulması;
  • Sinif kollektivinin formalaşmasında sinif rəhbərinə dəstək;
  • Şagirdlərin tərbiyə edilməsində ailələrə psixoloji yardımın göstərilməsi;
  • Peşə profilinin seçilməsi üzrə fəaliyyətin təşkil edilməsi;
  • “Normadan kənara çıxma” hallarının korreksiyası üzrə fəaliyyətin təşkili: diaqnostika və profilaktika.
IMG_8967

Şagirdin dünyagörüşünün genişləndirilməsi, onun həyatın praktiki tərəfləri, müxtəlif peşə və fəaliyyət növləri ilə yaxından tanış edilməsi, milli və tarixi məkanların həyatın ayrılmaz parçası kimi dəyərləndirməsinə şərait yaratmaq və bununla da lisey həyatını daha maraqlı və faydalı etmək üçün liseyimizdə müxtəlif ölkədaxili ekskursiyalar təşkil edilir. Ekskursiyalar həmçinin real həyatda özünü görmək və gələcəyə dair planlar qurmaq və əməyə hörmətlə yanaşmağa da ciddi təsir göstərir. Lisey ölkənin yeni infrastruktur obyektləri, tarixi abidələri və qabaqcıl şirkətlərinə təşkil olunmuş məlumat turları ilə şagirdlərin dünya görüşünü artırır və onların hərtərəfli inkişafına şərait yaradır.

1

Milli və beynəlxalq əhəmiyyətli günlərin tədbir səviyyəsində qeyd olunması liseyimizdə ənənə halını almış bir koorporativ mədəniyyətin tərkib hissəsidir.

Azərbayacan Respublikasında qanunla tənzimlənən əlamətdar günlər hər bir Azərbaycan vətəndaşı üçün xüsusi əhəmiyyət kəsb edir. O cümlədən, respublikamızda qəbul olunmuş ümumdünya miqyaslı günlərin qəbul olunması tərəfimizdən şagirdlərimizin dünya mədəniyyətilə tanış olması üçün bir imkan kimi istifadə edilir. Şagirdlərlə birgə belə zəngin tədbirlərin müntəzəm və kütləvi şəkildə qeyd edilməsi onlara imkan yaradır ki, sosial həyatın müxtəlif sahələrinində özünü görə bilsin və bununla da liseydən həyatın kiçik bir modeli kimi yararlana bilsinlər.

IMG_9752

Şagirdlərin yay aylarında da öyrənməsi, əlavə bilik və bacarıqlar qazanması məqsədilə yay məktəbləri proqramı həyata keçirilr. Azərbaycanda və xaricdə (ABŞ, İngiltərə, Türkiyə və s.) təşkil olunan yay məktəbləri zamanı şagirdlər təlim-tədris və mədəni – idman proqramlarının iştirakçısı olmaqla unudulmaz anlar yaşayırlar. Yay məktəblərinin geniş formatda, paytaxt və region liseylərinin birləşməsi və xüsusi təlimlərin təşkili ilə keçirilməsi şagirdlər üçün həm aktiv istirahət, həm də yeni praktik səriştələrin əldə edilməsi üçün imkan yaradır.

IMG_7831

Dərs həftəsi bitdikdən sonra “İstək” liseyində həyat və yaradıcılıq davam edir. Şagirdlərimiz istirahət günləri pikniklər təşkil edir, ekskursiyalara çıxır, gəzintilər planlaşdırır, idman yarışları keçirir, teatr və konsertlərə gedir və sair mədəni tədbirlərlərə qoşularaq lisey həyatını daha da maraqlı və rəngarəng yaşayırlar. Həftəsonu fəaliyyətlərin əsas məqsədi dərs həftəsinin gərginliyindən azad olmaq, komanda ruhunu yüksəltmək və şagird – lisey arasında olan emosional bağlılığı gücləndirməkdən ibarətdir.

KLUB VƏ DƏRNƏKLƏR
  • Xeyriyyə klubu
  • Ağıl oyunları klubu
  • Kino klubu
  • Media klubu
  • İncəsənət klubu
  • Sağlamlıq klubu
  • İdman klubu
STATİSTİK GÖSTƏRİCİLƏR
Sosial fəaliyyət tədbirləri - 250
İdman yarışları - 55
Ekskursiyalar - 183
İntellektual oyunlar - 65
İnstagram-da bizi izlə