sumgait
Lisey haqqında

İSTƏK liseyinin Sumqayıt şəhərində yerləşən kampusu müasir şəraiti və təhsil keyfiyyəti ilə ölkənin aparıcı təhsil müəssisələrindən biri kimi tədris fəaliyyət göstərir. İSTƏK liseyinin digər kampusları kimi geniş həyətyanı sahəyə malik olan Sumqayıt İSTƏK liseyi də müasir maddi-texniki baza, geniş, işıqlı sinif otaqları, kimya, biologiya, fizika, kompyuter laboratoriyaları, idman meydançaları, kitabxana, beynəlxalq tələblərə cavab verən avadanlıq və dərs ləvazimatları ilə təchiz olunub. Liseydə tədris  peşəkar pedaqoji təcrübə əsasında Azərbaycanda və dünyanın inkişaf etmiş ölkələrində təhsil almış müəllimlər tərəfindən aparılır. Dərslər milli və beynəlxalq kurikulumun birgə tətbiqi ilə keçirilir ki, bu da şagirdlərin ali məktəblərə yüksək nəticələr ilə daxil olmasına imkan yaradır

Liseyin sahib olduğu əsas xüsusiyyətlər

Abituriyent proqramı

Ali məktəblərə yüksək nəticələr ilə qəbul üçün xüsusi hazırlıq proqramı

Olimpiada proqramları

Azərbaycan və xaricdə keçirilən fənn, layihə olimpiadalarında iştirak imkanı

Elm laboratoriyaları

Fizika, kimya, biologiya fən mövzularının araşdırılması üçün laboratoriya

Elektron məktəb sistemi

Mobil telefon, planşet və kompyuter ilə şagirdin nəticələrini izləmə imkanı

Dövlət təhsil standartları

Təhsil Nazirliyinin tələb və standartlarını ehtiva edən tədris prosesi

İdman meydançası

Məşqlər, yarışlar, spartakiadalar üçün açıq və ya qapalı idman meydançası

Kompyuter laboratoriyası

Kompyuterin proqramlarını dərindən mənimsəməyə imkan yaradan laboratoriya

Klub və dərnəklər

Şagirdlərin hərtərəfli inkişafına imkan yaradan sosial fəallıq proqramları

Həyətyanı sahə

Şagirdin təhlükəsiz mühitdə istirahət edəcəyi, oynayacağı geniş qapalı sahə

Gündəlik qidalanma

Şagirdin gündəlik qida normasına uyğun 3 dəfəyə qədər sağlam qidalanma

Tibb xidməti

Şagirdin tibbi yoxlanışı və yarana biləcək xəstəliklərin qarşısının alınması

Yataqxana şəraiti

Şagirdin gecələməsi, dərslərə hazırlaşması üçün işıqlı və səliqəli otaqlar

SUMQAYIT İSTƏK LİSEYİ

14-cü məhəllə, 20 Yanvar küç. 6

Tel.: (+994 18)  655 41 64

Mob.: (+994 55) 455 92 06