Tibb xidməti haqqında

Şagirdin mənimsəmə qabiliyyəti onun səhhətinin vəziyyəti ilə sıx əlaqəlidir. “İstək” liseyi mütəmadi olaraq şagirdlərin tibbi yoxlanışını həyata keçirməklə onların daima gümrah olması və yarana biləcək xəstəliklərin qarşısının alınmasını təmin edir.

Liseyin tibb xidməti “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu və liseyin nizamnaməsinin tələblərinə uyğun olaraq tibb və sanitar-gigiyena xidmətləri ilə daim şagirdlərin qayğısına qalır.

Təqdim olunan xidmətlər haqqında

Liseydə bu xidmət aşağıdakı sahələr üzrə təşkil edilmişdir:

  • Dərs prosesi zamanı və yataqxanada fərdi tibb xidməti
  • Qida təhlükəsizliyi, fərdi və kollektiv tibb və sanitar-gigiyena xidməti
  • Sanitar-təmizlik obyektlərində sanitar-gigiyena xidməti

Bununla yanaşı liseyin pedaqoji heyəti, şagirdləri və valideynləri arasında şagirdlərin səhhəti ilə bağlı tez-tez rast gəlinən narahatlıqlar və onların aradan qaldırılması üsulları ilə bağlı maarifləndirmə işi aparılır.

tibb