uo

Orta təhsil pilləsi (VII – IX sinif) üzrə şagirdlər “İstək” liseyinin Bakı (Gənclik, Nərimanov və Xalqlar Dostluğu), Sumqayıt, Quba, Şirvan, Lənkəran, Ağdaş, Mingəçevir və Gəncə şəhərlərində yerləşən kampuslarında təhsil alırlar.

Orta təhsil pilləsi üzrə tədris proqramı dövlət təhsil standartları əsasında milli kurikulumun tətbiqi ilə həyata keçirilir. Siniflərin tərkibi hər birində 20 nəfər olmaqla əsasən oğlan şagirdlərdən (Gənclik “İstək” liseyində qız şagirdlər də təhsil alır) ibarətdir.  Təşkil olunan fənn həftələri, bilik yarışları və sərgilər vasitəsi ilə şagirdlər tədris olunan fənləri daha böyük maraqla araşdırır və bununla da onların fənlərə rəğbət yaranır.

Dərs saatları: 08:30 – 15:50

Bölmə: Azərbaycan, rus və ingilis

“İstək” liseyi şagirdlərin olimpiadalarda iştirakını təmin etməklə onların mənimsəmə qabiliyyəti və dərsə marağını artırır. Liseyin şagirdləri keçirilən bütün Respublika fənn olimpiadalarında iştirak edir, ölkəmizi ABŞ, Rusiya, Türkiyə, İngiltərə, Fransa, Sinqapur və s. ölkələrdə keçirilən dünya miqyaslı beynəlxalq fənn və layihə olimpiadalarında təmsil edirlər. Bu günə qədər şagirdlərimiz respublika olimpiadalarında 84, beynəlxalq olimpiadalarda 79 medal qazanıblar. Bununla yanaşı şagirdlərimiz bir sıra müxtəlif yerli və beynəlxalq idman yarışlarında da iştirak edirlər. “İstək” liseyi tərəfindən ənənəvi olaraq təşkil olunan idman oyunları hər il keçirilərək şagirdlərin fiziki inkişafına dəstək olur.

Liseyin xüsusi sosial fəallıq konsepsiyası çərçivəsində şagirdlər müxtəlif sosial proqramlar vasitəsi ilə öz yaradıcılıq potensialını inkişaf etdirə bilir, ictimai həyatda iştirak vərdişlərini mənimsəyir və bununla da müxtəlif vəziyyətlərdə adekvat davranış xüsusiyyətlərinə yiyələnirlər. Liseydə keçirilən əlamətdar günlər, sinif gecələri, teatr tamaşaları, ölkənin yeni infrastruktur obyektləri, tarixi abidələri və qabaqcıl şirkətlərinə təşkil olunmuş məlumat turları və bu kimi digər çoxsaylı tədbirlər şagirdlərin dünyagörüşünü artırır və onların hərtərəfli inkişafına şərait yaradır.

“İstək” liseyində dəqiq fənlərin ingilis dilində tədrisinə bir qayda olaraq VII sinifdən başlanılır. Liseyin “Cambridge school” (Kembric məktəbi) statusuna malik olması tədris prosesində “Cambridge” Universitetinin proqramından faydalanmağa, şagirdlərin beynəlxalq dərəcəli hazırlığı və sertifikatlaşdırılmasını təmin etməyə imkan verir. Tədris zamanı “Oxford” və “Cambridge” Universitetlərinin dərs vəsaitlərindən intensiv olaraq istifadə olunur. Şagirdlərimiz beynəlxalq proqramlar vasitəsi ilə imtahan verir, nəticələri dünyanın hər yerində tanınan sertifikat əldə etmək imkanı qazanırlar.

“İstək” liseyi şagirdin uğurlarında valideynin rolunun artırılmasına böyük əhəmiyyət verir. Valideynlər üçün təşkil olunan təlim proqramları, ailə ziyarətləri və başqa tədbirlər ailə-məktəb əməkdaşlığının inkişaf etdirilməsi, şagirdin həyatında valideyn iştirakının daha da genişləndirilməsinə kömək edir, bununla da şagirdin mənimsəmə qabiliyyətini artırır.

“İstək” liseyi tədris prosesini müasir avadanlıq və texnologiyalar vasitəsi ilə dəstəkləyir. Tədris prosesində liseyin bütün kampuslarında tətbiq olunan elektron lövhələr, müəllimlərimizə daha interaktiv metodlarla dərs keçmə imkanı yaradır. Maraqlı keçən dərs şəraitində şagirdlər daha yaxşı öyrənirlər. Liseyimizin tətbiq etdiyi texnoloji dəstəyin bir istiqaməti olan Elektron Məktəb Sistemi valideynlərə kompyuter, tablet və mobil telefonlar vasitəsi ilə övladının təhsil prosesini izləmək imkanı verir.

“İstək” liseyinin bütün şəhərlərdə yerləşən kampuslarında yataqxana şəraiti mövcuddur. Bu liseylərimizin yerləşdiyi Bakı, Sumqayıt, Şirvan, Quba, Lənkəran, Ağdaş, Mingəçevir və Gəncə şəhərlərinin ətraf ərazilərində yaşayan şagirdlərin rahatlıqla qalaraq əlavə dərs proqramlarında iştirak etməyə imkan yaradır. İşıqlı, səliqəli və geniş yataqxana otaqları, şagirdlərimizin dərs oxumaq üçün arzuladığı rahatlığı təmin edir.

“İstək” liseylərində yataqxana şəraiti, yeməkxanalar, tibb və psixoloji dəstək xidməti mövcuddur. Liseyin yeməkxanalarının “Halal” standartına uyğun yerli və xarici aşbazlar tərəfindən hazırlanmış ləziz xörəkləri gündə 2-3 dəfə şagirdləri yeni enerji ilə təmin edir. Liseyimizdə mütəmadi olaraq şagirdlərin tibbi yoxlanışı həyata keçirilir ki, bu da onların daim gümrah formada olmasını və yarana biləcək xəstəliklərin qarşısının öncədən alınmasına imkan verir.

VII – IX siniflər üzrə liseyə qəbul imtahan əsasında həyata keçirilir. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmək lazımdır. Təhsil haqqı imtahandan sonra valideynə bildirilir. VII – IX siniflər üzrə liseyə qəbul şərtləri ilə bu ünvandan tanış ola bilərsiniz.

TƏHSİL SƏVİYYƏLƏRİ
  • İbtidai təhsil
  • Ümumi orta təhsil
  • Tam orta təhsil
NAİLİYYƏTLƏR
Ali məktəblərə qəbul nəticəsi - 99%
Xarici universitetlərə qəbul olanlar - 68%
Respublika olimpiadaları - 84 medal
Beynəlxalq olimpiadalar - 79 medal
BİZƏ YAZ

Mesaj göndərclear