xalqlar
Lisey haqqında

“İstək” liseyinin Bakı şəhərinin Xalqlar Dostluğu metro stansiyasının yaxınlığında yerləşən kampusu inkişaf sürəti, sosial fəaliyyətləri və nailiyyətləri ilə öz ətrafında uğurlu bir təəssürat formalaşdırmışdır. Liseyin təhsil keyfiyyəti, sosial fəaliyyətləri, bölgənin səfalı guşələrinə ekskursiyaları, dərnək və klubları kənarda yaşayan şagirdləri də liseyin rahat və təminatlı yataqxanasında qalaraq burada təhsil almağa sövq edir. Liseyin  beynəlxalq tələblərə cavab verən avadanlıq və dərs ləvazimatları şagirdlərin biliklərini bacarığa çevirərək ali məktəblərə qəbulda yüksək nəticələr əldə etməsinə, onların respublika və beynəlxalq olimpiadalarda böyük uğurlar qazanmasına imkan yaradır. Liseydə şagirdlər tərkibi 20 nəfər oğlanlardan ibarət siniflərdə təhsil alırlar. Xalqlar Dostluğu “İstək” liseyi hər il ölkənin hər yerindən yüzlərlə şagirdin doğma evinə çevrilir. Onlar liseyi seçərək milli dəyərlərə sadiq, yüksək təhsilli, dövrün tələblərinə uyğun bilik və bacarıqlara sahib şəxsiyyət kimi yetişmək imkanı qazanırlar.

Liseyin sahib olduğu əsas xüsusiyyətlər

Abituriyent proqramı

Ali məktəblərə yüksək nəticələr ilə qəbul üçün xüsusi hazırlıq proqramı

Olimpiada proqramları

Azərbaycan və xaricdə keçirilən fənn, layihə olimpiadalarında iştirak imkanı

Elm laboratoriyaları

Fizika, kimya, biologiya fən mövzularının araşdırılması üçün laboratoriya

Elektron məktəb sistemi

Mobil telefon, planşet və kompyuter ilə şagirdin nəticələrini izləmə imkanı

Dövlət təhsil standartları

Təhsil Nazirliyinin tələb və standartlarını ehtiva edən tədris prosesi

İdman meydançası

Məşqlər, yarışlar, spartakiadalar üçün açıq və ya qapalı idman meydançası

Kompyuter laboratoriyası

Kompyuterin proqramlarını dərindən mənimsəməyə imkan yaradan laboratoriya

Klub və dərnəklər

Şagirdlərin hərtərəfli inkişafına imkan yaradan sosial fəallıq proqramları

Həyətyanı sahə

Şagirdin təhlükəsiz mühitdə istirahət edəcəyi, oynayacağı geniş qapalı sahə

Gündəlik qidalanma

Şagirdin gündəlik qida normasına uyğun 3 dəfəyə qədər sağlam qidalanma

Tibb xidməti

Şagirdin tibbi yoxlanışı və yarana biləcək xəstəliklərin qarşısının alınması

Yataqxana şəraiti

Şagirdin gecələməsi, dərslərə hazırlaşması üçün işıqlı və səliqəli otaqlar
0
%
Ali təhsil müəssisələrinə qəbul
0
%
Xarici universitetlərə qəbul
0
+
Beynəlxalq olimpiadalardan medallar
0
+
Respublika olimpiadalarından medallar