“İstək” liseyinin bütün şəhərlərdə yerləşən kampuslarında yataqxana şəraiti mövcuddur. Bu liseylərimizin yerləşdiyi Bakı, Sumqayıt, Şirvan, Quba, Lənkəran, Ağdaş, Mingəçevir və Gəncə şəhərlərinin ətraf ərazilərində yaşayan şagirdlərin rahatlıqla liseyin kampusunda qalaraq əlavə dərs proqramlarında iştirak etmələrinə imkan yaradır.

Liseyin yataqxanalarında günə səhər saat 07:00-da başlanılır. Səhər idmanı ilə şagirdlər günə gümrah başlayır, ləziz səhər yeməyi ilə dərs zamanı ona lazım olacaq enerjini toplayırlar. Gündəlik proqram şagirdlərin günorta və axşam yeməyindən sonra öz gümrahlığını qoruya biləcəyi şəkildə tərtib olunmuşdur. Dərsdən sonra şagirdlər asudə vaxtlarını liseyin klub, dərnək və idman zalları ilə səmərəli təşkil edir, istirahət saatı bitdikdən sonra növbətçi müəllimlərin müşayiəti ilə dərslərini hazırlayırlar.

İşıqlı, səliqəli və geniş yataqxana otaqları, şagirdlərimizin dərs oxumaq üçün arzuladığı rahatlığı təmin edir.

yataqxana