İSTƏK liseyinin Bakı,(İSTƏK Beynəlxalq məktəbi, İSTƏK ibtidai beynəlxalq məktəbi, Xalqlar Dostluğu və Gənclik), Sumqayıt, Şirvan, Quba, Lənkəran, Ağdaş, Mingəçevir, Gəncə və Şəki kampuslarında yeməkxana şəraiti mövcuddur. Liseyin geniş, işıqlı və əlverişli yeməkxanaları şagirdlərin daha iştahla qidalanmasına şərait yaradır.

Şagirdlərimizin qidalanması “Halal” standartına uyğun olaraq şagirdin gündəlik qida normasına müvafiq olaraq təmin olunur. Peşəkar yerli və xarici aşpazlarımız tərəfindən hazırlanan ləziz təamlar şagirdlərimizi yeni enerji ilə öyrənməyə sövq edir. Menyu hazırlanarkən həm milli, həm müasir mətbəx, həm də şagirdlərin istəkləri nəzərə alınır. Keyfiyyətə nəzarət etmək məqsədi ilə müntəzəm olaraq həkim nəzarəti altında hazırlanmış yeməklərdən nümunələr alınır və yoxlanılır.

Ümumilikdə İSTƏK liseyinin qidalanma ənənələri şagirdlərə ayrıca praktik vərdişlər şəklində mənimsədilir.

3
yeme
2